İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.

Tezadlar.az xatırladır ki, bununla bağlı “The Times of Israel” nəşri məlumat yayıb. Nəşr yazır ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordu və kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Hertsi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub. Nəşr qeyd edib ki, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.

Müharibə ehtimalı isə hələki özünü doğrultmur. Daxil olan kəşfiyyat məlumatları İranda müəyyən tərəddüdlərin olduğunu təsdiqləməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN