Ötən gecə Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.

Tszadlar.az xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb. Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.

Bu da sürücü səhlənkarlığının nəticəsi. Nə yaxşı ki, ölüm halları baş verməyib. Hadisə şahidləri bildirirlər ki, sürücü əyləcdən demək olar istifadə etməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN