Artıq Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin “F-16” qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib.

tezadkar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki,  bu barədə “RBC-Ukrayna” televiziyası məlumat yayıb. Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib. Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir deyən Ukraynanın dövlət başçısı “F-16”larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib.
Məlumatda o da deyilir ki, Ukrayna Silahlı Qüvvələri vəd edilən 79 ədəd F-16 qırıcısından 10-nu alıb.
Qeyd olunur ki, bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri bu tipli 20 təyyarəyə malik olmalıdır, qalan F-16-lar isə Danimarka və Niderlandın dəstəyi ilə 2025-ci ildə partiyalar şəklində gələcək.

Rusya mediası və siyasətçilər isə F-16- lara görə Qərbi qınayır və bunu müharibənin daha da alovlanmasına təkan kimi qiymətləndirir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN