Müstəqil Seçki Monitorinq qrupumuzun Qarabağ üzrə nümayəndəliyi bölgədə keçirilən seçki kampaniyasını diqqətlə izləyir. 
Yenixeber.org: 119 saylı Ağdam Seçki Dairəsindəki seçicilər arasında keçirilən rəy sorğusu maraqlı statistika ilə diqqət çəkir. Belə ki, rayonun hazırda mərkəzi sayılan Quzanlı, İmamqulubəyli, Xındırıstan, Ergi və Çəmənli qəsəbələrində 200 seçici araslnda "Yenixeber.org"un keçirdiyi rəy sorğusu uzun illərdir Ağdamdan deputat olmuş Bəxtiyar Əliyev 5, YAP namizədi İbrahim Məmmədov 7, Şəbnəm Səfərova 14, Azər Qasımov 27,  Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsinin Azərbaycan təmsilçisi, jurnalist Asif Məmmədov (Mərzili) 45 faiz olmaqla nəticələnmişdir. Asif Məmmədov (Mərzili) seçicilərin rəğbətini qazanmaqla birinciliyi qoruyub saxlamaqdadır. Digər 4 namizədlər isə 2 faizlə passiv mövqe nümayiş etdirirlər. 
Asif Millət oğlu Məmmədovun reytinqinin yüksək olmasının səbəbləri barədə rəyi soruşulan respondentlər onun seçicilərin mövcud problemlərini aidiyyəti dövlət qurumları ilə birbaşa əlaqə quraraq yerindəcə həll etməsi üstünlüyü ilə əlaqələndiriblər.
Rəy sorğusu digər dairələrdə də davam edir, əlavə məlumat veriləcək.
(Yenixeber.org)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA