Tanış əməldir: tanış olur, sonra müəyyən bəd niyyət üçün şantaja keçir...

Bu dəfəki hadisə Gürcüstanda baş verib. Belə ki, Xüsusi İstintaq Xidmətinin əməkdaşları 18 yaşlı gənci şəxsi həyat sirrini pozmaq faktı üzrə həbs edib. Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, Tbilisidə yaşayan 2006-cı il təvəllüdlü təqsirləndirilən şəxs azyaşlı qızdan şəxsi həyatını əks etdirən foto və videomateriallar göndərməsini istəyib, bundan sonra onu şantaj edərək müxtəlif məbləğlərdə pul alıb. İstintaq zamanı o da müəyyən olunub ki, təqsirləndirilən şəxs azyaşlı qızı zorakılıqla hədələyib, cinsi xarakterli digər hərəkətlər edib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu da şantajın bəhrəsi!

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN