Məktəbəqədər təhsil müəssisəsinin həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin təsdiq edilmiş nizamnaməsi ilə tənzimlənir.

Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, bağçalar altı günlük iş həftəsində 9 saatlıq, 10 saatlıq, 12 saatlıq və 24 saatlıq iş günü, həmçinin beşgünlük iş həftəsində də 9 saatlıq, 10,5 saatlıq, 12 saatlıq iş günü üzrə fəaliyyət göstərə bilirlər.

“Aşağıdakı keçid vasitəsilə bağçaların iş rejimi ilə tanış ola bilərsiniz:

https://bit.ly/3XIk3H

 

Məktəbəqədər təhsil müəssisələrinin iş saatı ilə bağlı məlumatın əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar, eyni zamanda Agentliyin yerli bölmələrinə və ya övladlarının təhsil aldığı təhsil müəssisəsinə müraciət edə bilərlər”,- deyə əlavə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN