Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin M.Ş.Vazeh adına  Mərkəzi Kitabxanasında  həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxananın fəal oxucusu,

 “Azərbaycan dünyası” Beynəlxalq jurnalın redaktoru, şair Aytəkin Mehmanqızı  kitabxanaçıların və kitabxananın oxucularının çoxsaylı arzusuilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın  birinci xanımı Mehriban xanım Əliyevaya şeir həsr edib. Müəllif qeyd edir ki, Mehriban xanım dedikdə  gözümüzün önünə zahirən zərif, nəcib, incə bir xanım gəlir. Öz zahiri nəcibliyi, zərifliyi, incəliyi ilə bərabər, onun daxili gözəlliyi, dünyagörüşü, dərin zəkası, müdrikliyi, mədəniyyəti və mərhəməti insanlarıməftun edir. Onun mərhəmətli qəlbindən, xeyirxah əməllərindən, Azərbaycanın rifahı naminə yorulmadan çalışmasından, etdiyi yaxşılıqlardan çox yazmaq olar. Müəllif şəxsən tanıdığı bir imkansız ailənin yeganə övladı olan, 18 yaşlı Sevinc adlı bir qıza ürək köçürülməsində bu gözəl xanımın etdiyi yardımın canlı şahidi olub. Aytəkin Mehmanqızı vurğulayır ki, birinci həyatı insana Böyük Allah, yerdə isə ana verir. Sevin isə ikinci həyatı Mehriban xanım verdi. Bu zərif, kövrək xanımın nə qədər böyük, mərhəmətli qəlbəsahib olduğunun canlı şahidi olub şair.

Şeiri oxuculara təqdim edirik:

Bu xanım haqqında çoxlu yazmışlar,

Onu gözəl xanım kimi çoxlu anmışlar.

Mənsə çox demirəm, bircə kəlimə,

Qələmimi alıb bu gün əlimə.

Mehriban xanımın bu xoş gününə,

Şeirlə qoşulmaq bu gün istədim.

Ona arzumu mən belə yetirdim:

Gözəl Allahımız sizi qorusun,

Bütün arzularınız qoy gerçək olsun!

Səadət gətirsin yeni yaş sizə,

Siz səadətdən pay verin bizə...

Gözəl ana, gözəl insan, mehriban qadın,

Bizə qürür verir Mehriban adın!

Şeir müəllif tərəfindən səsləndirilib Yasamal rayon MKS-nin YouTube kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=lKWyGmaylcI

 Y.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA