Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında buraxılması təklif edilən məntəqə seçki komissiyaları məlum olub.

TEZADLAR.AZ xəbər verir ki, seçki dairələri üzrə həmin seçki komissiyaları aşağıdakılardır:

13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı,

15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı,

18 saylı Nərimanov - Nizami-Binəqədi seçki dairəsinin 15 saylı,

31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı,

38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı,

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı,

48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı,

52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı,

80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı,

82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı

104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı seçki məntəqələri.

Qeyd edək ki, 119 saylı Ağdam seçki dairəsi üzrə 21 saylı seçki məntəqəsi bu siyahıdan çıxarılıb.

Qeyd edək ki, bu gün buraxılması təklif edilən seçki komissiyaları ilə birlikdə, ümumilikdə seçki dövründə yol verdikləri nöqsanlara görə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyasının buraxılması təklif olunub.

***

Seçki məntəqələrində günahkar kimdirsə, mən təklif edəcəm ki, birbaşa məntəqə seçki komissiyaları yox, konkret onu törədən şəxsin fəaliyyətinə xitam verilsin.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, pozuntunu törədənin konkret hansı komissiya üzvü olduğu məlumdur:

“Amma görüntülərə vətəndaşlar baxır. İctimaiyyət görür ki, konkret məntəqədə pozuntu var. Biz onu ləğv etməliyik. Məhz 119 saylı Ağdam seçki dairəsi üzrə ləğv etdiyimiz məntəqədə də bir komissiya üzvünün səhvi ucbatından seçicilərin haqqı pozulub. Biz bu məntəqəni ləğv etmək istəmirdik. Amma fikirləşdik ki, kimsə deməsin ki, qanun nə tələb edir, onu edin”.

Rövzət Qasımov MSK sədrinin təklifini dəstəkləyib və 119 saylı Ağdam Seçki Dairəsi üzrə məntəqənin ləğvini siyahıdan çıxarılması təklifini səsləndirib.

xxx

12:30

Sosial şəbəkədə 1500-dən yuxarı paylaşım olub.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bunların hamısını araşdırıblar:

“Biz ölkəmizin seçicilərinin iradəsinə təsir edənlərin 0 olduğunu göstərməyə çalışacağıq. Bütün araşdırmalar nəticəsində aydın oldu ki, bəzi tədbirlər görülməlidir. Bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb. Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Rövzət Qasımov həmin 36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN