...Paytaxtda yaşamaq yaxşıdır, amma paytaxtın nazını çəkmək isə...

2024-cü il yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 694,6 min nəfər təşkil edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən, hazırda Gürcüstanda əhalinin sıxlığı 1 kv.km-ə 64,6 nəfər düşür. Sakstatın dərc etdiyi təbii trafik statistikası hesabatında qeyd olunub ki, Gürcüstanın paytaxtı əhalinin ən sıx məskunlaşdığı şəhərdir və burada 1 kv.km-də 2495,9 nəfər yaşayır.
Tbilisidən sonra əhalinin ən sıx məskunlaşdığı yerlər, Acarıstan, Şida Kartli və İmeretidir. Ən az məskunlaşma yerləri isə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsidir.

Bəs Azərbaycanda vəziyyət necədir? Hazırda paytaxt Bakının həlledilməz görünən tıxaclarına istinad etsək, belə çıxır ki, ölkə əhalisinin ən azı 50 faizi Bakıda yaşayır. Üzr istəyirik, daha dəqiq desək, Bakıda zülm çəkir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA