Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin hakim “Gürcü arzusu” partiyasını DTK ilə müqayisə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində yazıb.

Zurabişvili Ukraynadakı döyüşlərin nəticələrini əks etdirən “Gürcü arzusu”nun yeni seçki bannerlərinə reaksiya verib.

“Mədəniyyətimiz üçün bundan daha utancverici, bundan təhqiramiz bir şey görməmişəm. Nə yazıq ki, öz xalqına KQB-də düzəldilmiş plakat təklif edirsən. Cəhənnəmə!” – siyasətçi yazıb.

Hakim “Gürcü arzusu” partiyası Tbilisidə posterlər yerləşdirib. Onlar münaqişə zamanı Ukrayna şəhərlərinin fotoşəkillərini və “Mən sülhü seçdim” başlığı ilə Gürcüstanın paytaxtının şəkillərini nümayiş etdirirlər.

Bundan əvvəl “Gürcü arzusu”nun lideri İrakli Kobaxidze Ukraynadakı münaqişənin Gürcüstan üçün müsbət nəticələrindən danışıb. Onun sözlərinə görə, münaqişənin başa çatması Tbilisi ilə tərəfdaşları arasında əməkdaşlığa bütün maneələri aradan qaldıracaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA