Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin və Ozurqeti Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hakimin hökmü əsasında Tbilisi, Ozurqeti və Lançxuti şəhərlərində “oğru dünyası” ilə əlaqəsi olan 5 nəfər saxlanılıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Tikinti ilə bağlı məsələlərə görə maliyyə mübahisəsi yaranıb. Müttəhimlər mübahisəni həll etmək üçün “oğru dünyası”nın üzvlərinə və kriminal avtoritetlərə müraciət ediblər. Bildirilir ki, "Oğru dünyası”na üzv olan əvvəllər dəfələrlə məhkum olunmuş 1971-ci il təvəllüdlü və 1975-ci il təvəllüdlü şəxslər, həmçinin “Oğru dünyasının fəaliyyətinə dəstək” verən 1974-cü il təvəllüdlü şəs həbs olunub. Bundan əlavə "oğru dünyası"na müraciət etdikləri üçün 1981-ci il təvəllüdlü və 1968-ci il təvəllüdlü şəxslər də saxlanılıb. “Oğru adət-ənənələri” adlanan məclisdə “oğru dünaysı” ilə əlaqəsi olan şəxslər 1 ay müddətində mübahisə edən tərəfin digər tərəfin xeyrinə 15 min lari məbləğində ödəniş qoyub, zərərçəkən şəxs nəzərdə tutulmuş müddətdə məbləği ödəyib. Qeyd olunan məbləğin yarısı mübahisənin həllində iştirak edən kriminal avtoritetlərə paylanıb. Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış nəticəsində şübhəlilərin bir-biri ilə əlaqə saxladıqları kompüter avadanlığı, narkotik vasitələr və mobil telefonlar sübut kimi götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA