İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı Beyrutun cənubuna zərbə endirib və “Hizbullah” komandiri Əbu Saleh kimi tanınan Məhəmməd Hüseyn Srooru ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, o, şiə hərəkatının hərbi hava qüvvələrinə və onun İsrail ərazisinə pilotsuz təyyarələrlə hücumlarına cavabdeh olub. İsrailin hava hücumu nəticəsində daha iki “Hizbullah” döyüşçüsü həlak olub, 4-ü yaralanıb.

Beyrutun Qubeyri şəhərinin meriyasındakı mənbənin TASS-a verdiyi məlumata görə, İsrail qırıcısı çoxmərtəbəli binaya üç zərbə endirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın paytaxtı Beyruta hədəfli zərbələr endirdiyini açıqlamışdı. “Reuters” xəbər verir ki, zərbələrdən biri Livan paytaxtının şiə qruplaşması “Hizbullah”ın bir neçə hədəfinin yerləşdiyi cənub ətrafına endirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA