Bu gün dağılıb ələ keçirilməkdə, yox edilməkdə olan “Azərbaycan” Nəşriyyatına yeni baş direktor təyin olunub...

Bununla bağlı Prezident Administrasiyası İşlər İdarəsinin daxili sərəncamı imzalanıb. Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib. L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb. Ötən gün isə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.
Leyla xanım Güləliyevanın məxsusi iş təcrübəsi və idarəetmə qabiliyyəti, peşəkar funksiyası var. İnanırıq ki, o, "Azərbaycan" nəşriyyatının hissə-hissə  parçalanmış, ələ keçirilmiş, bəzi tamahlı xırda məmurlar tərəfindən məhvinə Fərman verilmiş, amma jurnalistlərin məğrurluğu ilə duruş gətirmiş "Azərbaycan" nəşriyyatının keçmiş- "Kommunist" nəşriyyatı hörmətini geri qaytaracaq...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN