...Medianın İnkişafı Agentliyi daha bir təlimə start verdi. Bu dəfə jurnalistlər münaqişə zonalarındakı fəaliyyətə hazır olma texnologiyasına yiyələnirlər. Belə ki, bu gün 4 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb. Təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.
Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN