...Korrupsiya və rüşvətxorluq da koronavirus kimi bir dünyəvi xəstəlikdir... Bu "virus" da can alır, həbsə aparır, karyeranı məhv edir...

Koronavirusa yoluxan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb. Bu barədə Mahir Quliyevin vəkili Leyla Məmmədova məlumat yayıb. Vəkil deyib ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşuludur. 
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M. Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. M. Quliyev ötən il aprelin 30-da icra başçısı vəzifəsindən kənarlaşdırılıb. 
Hazırda onun cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN