...Titrində "Ən baxımlı kanal!", "Ən sevimli veriliş!" və s. kimi yalançı çağırışlar edən TV-lərin gerçək sifəti bundan sonra bəlli olacaq. Yəni, dingiş tereseriallarla tamaşaçıda efirə nifrət qazandıranların "bazarı" bağlanır... Belə ki, bu gün Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunan təqdimat keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib. Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunan video təqdimat göstərilib, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilib, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub. Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılıb.
*** 
...Təbii ki, hər bir TV-nin gerçək reytinqi ortada olarsa, Prezidentin Sərəncamı ilə hər il milli teleserialların çəkilişi üçün ayrılan yardımlara yenidən baxılacaq. Və hər kəs əməyinə-verlişinin, tele-serialının baxımlılığına görə yardım alacaq. Çünki, məsələn, vaxtilə ATV-də yayımlanan, indi də özünə SPACE-də özünə yuva tapan "Bozbaş" kimi səviyyəsiz tele-seriala kim baxasıdır ki?! Əksinə, bu "serial" yayımlandığı TV-nin olan-qalan imicinə ağır zərbə vurur... 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN