Məlum olduğu kimi “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.  Azərbaycan bu addımla həm Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əməl etdiyini, həm də regionda kommunikasiyaların açılmasında maraqlı olduğunu nümayiş etdirib... Tanınmış politoloq Elçin Mirzəbəylinin şərhi:
- Müharibə başa çatdığına görə, regional aviasiya təhlükəsizliyi qaydaları bölgədə yaranmış yeni vəziyyətin mahiyyətinə uyğun şəkildə dəyişib. Bu isə bölgə dövlətlərinin, o cümlədən Azərbaycan və Ermənistanın hava məkanlarından qarşılıqlı olaraq istifadə etmələrinə imkan yaradıb.
Eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr 2020-ci il bəyanatının müddəalarına uyğun olaraq, regiondakı bütün kommunikasiyalar açılmalıdır.
Azərbaycan hazırda faktiki olaraq, Zəngəzur dəhlizi üzərindəki hava məkanından istifadə etməklə uçuşlar həyata keçirir. Bu isə 10 noyabr bəyanatının 9-cu müddəasının həyata keçirilməsi istiqamətində atılan ilk addım kimi də dəyərləndirilə bilər.
Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi isə, eyni zamanda bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalması deməkdir. Nəticədə Ermənistan da tarizit ölkəyə çevrilir ki, bu isə sözügedən ölkənin öz öhdəliklərinə əməl edəcəyi təqdirdə regionda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan nəqliyyat layihələrində iştirakı üçün mühüm əhəmiyyət kəsb edir.
Mövcud vəziyyətdə Azərbaycanın İranın hava məkanından istifadə etməsinə də heç bir ehtiyac qalmır.
İran isə sərgilədiyi son davranışlarla təkcə “qardaş” adlandırdığı Azərbaycan xalqına olan qərəzini deyil, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına əməl etmədiyini ortaya qoyub, həmçinin beynəlxalq hüququn ən etibarsız subyektlərindən biri olduğunu nümayiş etdirib.
Zənnimcə, öz hava məkanından keçən mülki təyyarələri raketlə vuran, atılan raketin belə haradan “çıxdığını” müəyyənləşdirməyə xeyli vaxt sərf edən bir ölkənin hava məkanından istifadə olunmasa daha yaxşıdır...
*** 
Bəli, Ermənistan Azərbaycanın təxminən bir il əvvəl bölgədə yaratdığı yeni reallıqlarla barışmağa məhkumdur. Bu, həm də Ermənistanın xilasıdır... Azərbaycan bu reallıqla Ermənistanı mənfur siyasətdən əl çəkməyə məcbur etməklə bərabər, bu qondarma ölkəni bölgədə özünün mövcudluğunu itirməkdən xilas etdi... 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN