Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

— İlham Əliyev (@azpresident) October 9, 2020

Düz bir il əvvəl, 9 oktyabrda ölkə başçısı, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə  “Twitter” hesabı vasitəsilə 9 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.

Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad edilib. Həmçinin rəşadətli ordumuz uğurla irəliləyərək ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini işğaldan azad edə bilib. Belə ki, ermənilər üçün əhəmiyyətli olan Hadrut qəsəbəsi və Sor kəndi işğalçılardan təmizlənib.

9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN