...Səhhətində ciddi problemlər yaranan Mixail Saakaşvili aclıq aksiyasını dayandırmalı olub.

Həkimləri buna onu məcbur etməli olublar. O, artıq yemək və meyvə qəbul etməyə başlayıb. Bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, o, bal və təbii şirələr qəbul edib, azacıq qida da qəbul edir, gücləndirici dərman preparatları içir.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.

Bundan sonra nə baş verəcək, onun azadlığa buraxılması təmin ediləcəkmi? Beynəlxalq qurumlar da hazırda buna səy göstərir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN