...Tanınmış jurnalist İbrahim NƏBİOĞLU Azərbaycanda tədrisin hansı dildə olması ilə bağlı neçənci dəfədir maraqlı status-yazılarla çıxış edir... Onun bu dəfə "İRƏVANDA KONSERT, YAXUD TƏDRİS HANSI DİLDƏ OLMALIDIR? – III" yazısı diqqəti çəkəndir, düşündürücüdür... Aşağıda təqdim edirik. Çox maraqlıdır:
- Samir R. tələbəlik dostumdur. “Potokumuzun” ən gözəl qızı ilə evlənib köçdü Amerikaya. İşi, ailəsi, kefi, əhvalı – maşallah, hər şey öz yerində.
Floridada yaşayır. Di gəl ki, Bakı ilə yatır, Bakı ilə qalxır.
İki gün əvvəl hal-əhval tutmuşduq.
Bir az əvvəl yazdı. Bildim ki, nəsə vacib bir sözü var.
Cavab verdim.
“Meladze İrəvandadır indi”, - dedi və əlavə etdi: “Xəbərin var?”.
“Yox” dedim həvəssiz, maraqsızdır axı mənə o.
Gözlədim ki, əsas məsələyə keçər.
Ancaq Samir geri çəkilmədi, “Meladze indi İrəvanda dolma yeyir” deyə davam etdi.
Yenə söhbətə dəstək durmadım. O da sağollaşıb www.haqqin.az linki atdı mənə.
Müdafiə naziri Hulusi Akarın çıxışını dinləyirdim.
Samirin israrını görüb linki açdım…
Rusiyalı məşhur musiqiçi və prodüser Valeri Meladze İrəvandadır.
Gələn kimi qohumları, qardaşı ilə görüşüb.
"İrəvana gecə gəldim. Qohumlarımla, qardaşımla görüşdüm, əmim və xalam da burada dəfn olunublar", - deyir müğənni.
Arxasınca da qeyd edir ki, İrəvanda ən sevdiyi mənzərə Ararat (Ağrı dağı – İ.N.) dağına olan panoramadır. Erməni mətbəxindən isə ən çox tolma (dolma – İ.N.) və şaşlıq (şişlik, kabab – İ.N.) sevir.
“Hər dəfə İrəvanı tərk edəndə özümlə emosiyalar və isti hisslər aparıram”, — müğənni belə ifadə edir duyğularını…
Nə var burda deyəcəksiniz. Heç nə, heç dostum Samir də uzaq USA-də bunlara görə narahat deyil. Zatının nə olduğunu bildiyimiz üçün Meladze ilə işimiz yoxdur.
Samiri də, məni də yandıran Meladzenin İrəvanda yatan “cijisi, bajısı” da deyil, yediyi dolma filan isə heç deyil…
Meladze Ermənistana konsert üçün gəlib.
İrəvandan sonra o, Bakıda konsert verəcək…
Maraqlıdır, bu konsertə kimlər gedəcək, nə üçün gedəcək və gedib nə hisslər keçirəcək?
Maraqlıdır, görən bu konsertə bəyənmədiyiniz o Azsektor uşaqları da gedəcəklərmi?
Hə, cavab verə bilərsizmi?
Demişdik axı – Tədris Ana Dilində olmalıdır. Anamızın Dilində…
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN