Gürcüstanda son seçkilərdən sonra siyasi gərginlik daha da kəskinləşib...

Belə ki, baş verən seçki qanunsuzluqlarını əsas tutan "Qirçi - daha çoz azadlıq" partiyasının rəhbəri, Zurab Caparidze deputat mandatından imtina edib. O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. Caparidze deyib ki, yaxın günlərdə mandatına xitam verilməsi üçün parlamentə müraciət edəcək və müvafiq prosedurlardan keçəcək.
Onu da deyək ki, ötən gün “Lelo” Partiyasının sədri Mamuka Xazaradze də deputat mandatını tərk etdiyini açıqlamışdı. Bu gün isə Eks-Prezident Mixail Saakaşvilinin müxalifətə müraciətindən sonra “Vahid Milli Hərəkat” fraksiyasının üzvü Nona Mamulaşvili də deputat mandatını tərk edəcəyini bildirib.
Beləliklə, Gürcüstanda Saakaşvilinin ölkəyə gəlişi və həbsi hadisəsindən sonra siyasi mühitdə gərginlik artıb. Ölkə mediasının yazdığına görə, hakimiyyət vəziyyətdən çıxış yollarını arasa da, vəziyyət hələki gərgin olaraq qalmaqdadır...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN