Beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq Saakaşvilinin həbsdən buraxılması düyünə düşüb.

Gürcüstan hakimiyyəti bu tələbləri hələki rədd edir. "Saakaşvili 6 il Gürcüstan həbsxanasında yatacaq". 24News.ge xəbər verir ki, bu sözləri hakim partiyanın üzvü Sozar Subari, Saakaşvilinin oğurlanması barədə yayılan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, Osetiya xüsusi təyinatlıları tərəfindən Saakaşvilinin oğurlanması cəfəngiyyat və dezinformasiyadır. Sozar Subari deyib ki, Mixeil Saakaşvili cəzasını Gürcüstan həbsxanasında çəkəcək və keçmiş prezidentin Ukraynaya ekstradisiyası nəzərdə tutulmayıb.

Ölkənin müxalif siyasi qüvvələri də onun həbsdən buraxılmasını tələb edirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN