...Bu gün Azərbaycan Prezidentinin Ağdam şəhəri üzrə  Nümayəndəliyinin təşkilatçılığı və "Gələcəyə baxış-Avropaya inteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibovanın dəstəyi ilə bir qrup tanınmış ziyalı-yaradıcıların Ağdama səfəri baş tutdu...

Səfərdə məqsəd Ağdamda gedən quruculuq işləri ilə tanışlıq, Ağdam Sənaye Parkında görülən işlərə baxış, eləsə də Ağdamın tarixi ərazilərini ziyarət etmək daxil idi. Ağdam ziyarətində iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili eksklüziv olaraq bunları bildirdi : "Biz Ağdamda ermənizmin qoyub getdiyi vandalizmlə bir daha yaxından tanış olduq... Artıq dördüncü dəfə idi Ağdamda olurdum. Ən vacibi, bu dəfə mənfur ermənilərin Ağdamda 30 il ərzində törətdiyi dağıntılardan daha çox Ağdamın quruculuğu ilə tanış olduq, bu qürurverici idi... Prezidentin xüsusi nümayəndəsi hörmətli Emin Hüseynovla səfər boyu birlikdə idik... Emin müəllimin vətənpərvərliyini, sözün "Qarabağ Azərbaycandır!" mənasında, əsl Qarabağlı olduğunu onun son aylarda gördüyü quruculuq işlərində canlı şahidi olduq... Qısası, Ağdam erməni dağıntılarından təmizlənir, tikilir, qurulur... Min şükür! İnanıram ki, bu gedişlə ən qısa vaxtda Ağdamlılar döğma şəhərində yenidən yaşamaq imkanındadır... Ən sevindirici hal budur ki, bu gün dəyərli qələm dostumuz İlqar Rəsul ilkə imza atdı, Şahbulaq Qalasında onun "Sara" romanının təqdimatı ilə ilkə imza atıldı... Qarabağ qazisi, dəyərli qələmdaşımız Rey Kərimoğlunun təqdimatlarında bu tədbir daha maraqlı idi..."

Daha ətraflı yazı tezliklə təqdim olunacaq...

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN