Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulması onu göstərir ki, Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yaradır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar.

Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. Üç tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi həm də ona işarə idi ki, sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bütün addımları qətiyyətlə pisləyir və o inamdadır ki, dövlətimiz bütün bunlara layiqli cavab vermək gücündədir. İndiki halda Azərbaycan cəmiyyətinin yenidən yumruğa dönüb iradəsini ortaya qoymaq zamanıdır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.

***

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

 Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.  Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. 

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

 

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN