...Son təxribatlarında ifşa olunan Ermənistan rəhbərliyinin, deyəsən, axır ki, ağlı başına gəlib...

"İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir", -deyən Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı belə bildirib. O, geniş miqyaslı danışıqlar prosesinin bərpasına hazır olduqlarını bildirib: “Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə N. Paşniyan əlavə edib.

Ermənistan rəhbərliyi yaxşı bilir və bilməlidir ki, artıq reallıq dəyişib, daha işğalçı, "Böyük Ermənistan" xülyalı Ermənistanla deyil, gerçəkdən özünü qonşu kimi aparacaq Ermənistanla sülh sazişi bağlana bilər. Özü də heç bir şərtsiz...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN