Ermənistanın Azərbaycan torpaqlarında basdırdığı minalar ölüm mənbəyi olaraq qalır...

Belə ki, dünən Zəngilanda ANAMA əməkdaşı və DSX-nın giziri minaya düşüb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Təsəvvür edin, əgər ANAMA əməkdaşı minaya düşürsə, görün mülki insanları hansı təhlükə gözləyir. Odur ki, işğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşlar son dərəcə ehtiyatlı olmalıdırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN