Saakaşvilinin 50 gündən sonra aclıq aksiyasını dayandırması Gürcüstan cəmiyyətində də sevgi ilə qarşılanıb...

Siyasilər də bu məsələyə müsbət yanaşmaqdadır... "Gürcüstanın üçüncü prezidentinə bu cür münasibət göstərmək üçün ədalətli məhkəməyə çağırmayan insanların, Gürcüstana qarşı bu cür qiymətləndirmələr etməsi məyusedicidir", - deyən "Avropa Gürcüstan" partiyasının siyasi şurasının rəhbəri Gigi Çereteli bəyan edib ki, hökumət mötəbər senatorların bəyanatlarının ciddiliyini anlamalı və vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni etməlidir. Xatırladaq ki, ABŞ senatorları Cim Riş, Ben Cardin və Ron Conson bəyanat yayaraq, keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyətini və ona olan rəftarı diqqətlə izlədiklərini və bu, Gürcüstanın ABŞ-dakı dostlarını narahat etdiyini bildiriblər.

Hadisələrin gedişi isə Saakaşvilinin ətrafında cərəyan edənlərin getdikcə beynəlxalq müstəviyə qalxdığını bir daha təsdiqləyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN