1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.

 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub. 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zərurui ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.

***

 

87 yaşlı Nadir Hüseynov və 78 yaşlı Məsumə Dadaşovanın evlənməsi, əslində bu iki ahıl insanın həyata, gələcəyə, bir-birinə olan inamın bariz nümunəsidir. Yaşlarının  bu vaxtında problemlərin, qayğıların birlikdə öhdəsindən gəlməyi düşünürlər.  "Daha yaşlanmışıq", deyərək əllərini həyatdan üzmürlər, onlar həm xəstəlikdə, həm sağlıqda birlikdə yaşamağa davam edəcəklər. Birlikdə daha güclü, daha dözümlü, daha uzunömürlü olacaqlar!

İlbəil boşananların sayı artmaqda olan bir dövrdə, yaşlı insanların evlənməsi gənclərə örnək olmalıdır. Adi çətinlikdən qorxan, ailə qayğısı çəkməkdən canını qurtarmağa çalışaraq tez bir zamanda boşanan nə qədər gənc ailə var. İşləmək, yaşamaq, mübarizə aparmaq üçün bədənində qüvvət, sağlam canı olan nə qədər gənc insan ailəsini dağıdır, övladlarından imtina edir, onları tərk edir... Və boşanmaların sayı ilbəil artır...

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Cari ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 41,067 min nikah (2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 56,1%) və 12,892 min boşanma halı (artım 16,3%) qeydə alınıb.

Bəli, 9 ay ərzində Azərbaycanda 12892 ailə dağılıb. Bu isə boşanmanın ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artması deməkdir. 

JASMİN

  

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN