...Ermənistanın sonuncu təxribat cəhdindəki acı məğlubiyyəti ölkənin hərbi-siyasi avantüristlərini diz çökdürdü...

Nəticədə anladılar ki, Azərbaycanla hərbi dildə zarafat keçmir. Nəticə isə bu oldu ki, Ermənistan rəhbərliyi haqq yoluna gəlməkdən başqa yol görmədi. Odur ki, Rusiyanın da təsiri və başasalmalarından sonra Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradılıb. "Təzadlar" "Sputnik Armenia"yaya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. “Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə edib. “Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir” deyə Ermənistanın Baş naziri vurğulayıb.

Bəli, bu əlaqələr çoxdan lazım idi və Ermənistan rəhbərliyi gec də olsa artıq anlayıb... Təki bunu həm də yüz illərlə aldatdıqları, "Böyük Ermənistan" feyki ilə çaşdırdıqları sıravi erməni xalqına da anlada bilsinlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN