Prezident İlham Əliyev bu günlərdə Beynəlxalq tədbirdən dərhal sonra İran Prezidenti ilə görüşünün və danışığının nəticəsi olaraq bəyan etdi ki, İranla Azərbaycan arasındakı xoş münasibətlər yüksələn xətlə inkişaf etməkdədir... İndi məlum olur ki, İran prezidenti Rəisi Rusiya prezidenti Putinlə telefonla danışıb. Rəisi telefon danışığında xüsusi olaraq qeyd edib ki, "Regionda geopolitik statusun və sərhədlərin dəyişdirlməsi yolverilməzdi". Bundan bir müddət əvvəl də İran quru qoşunlarının komandanı Heydəri demişdi ki "Heç bir qüvvə regionun xəritəsini dəyişə bilməz, biz buna dözmətyəcəyik". 
Nə deyək, dünən elə, bu gün belə... Bunlar düzələn deyil və bunlara göstərilən xoş məramı qiymətləndirə bilmirlər. Adama (dövlətə) deyərlər ki, 30 il idi regionun xəritəsi zorla dəyişdirlmişdi və sənin sərhəddinin 132 kilometri işğal edilmiş ərazilərə düşürdü. Bəs onda hardaydı düzümsüzlüyünüz? Niyə müsəlman qardaşlarının 30 illik zülmünə dözürdünüz bəs? Azərbaycanda hara əl atırsan, İran mövqeli mollalar üzə çıxır. Hətta bəziləri dilini də irancaya dəyişib ləhcədə yamsılayır...
A.Məmmədli
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN