Yəqin, xatırlayırsınız, keçmiş gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu günlərdə işdən çıxarılanda demişdi ki, o, prezidentin quludur...

İndi məlum olur ki, özünü prezidentin qulu hesab edən İsmayıl İsmayılovun əməllicə çoxlu saylı iri şirkətləri varmış. Belə ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində məlumat və müvafiq rəsmi sənədlər yayıb. Xatırladaq ki, İsmayıl İsmayılov 15 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb. Lakin o, işdən çıxarıldığı gün jurnalistlərə müsahibəsində “prezidentin qulu” olduğunu deməsi ilə məhşur olub. Cavanşir Həsənli qeyd edir ki, İsmayıl İsmayılov əvvəllər “Qəbələ Atıcılıq Klubu” MMC-yə rəhbərlik edib, eyni zamanda “GİLAN İNŞAAT” MMC və “QƏBƏLƏ SPORT STORE” şirkətlərinin qanuni nümayəndəsi olub. İsmayıl İsmayılovun oğlu isə "AFB Bank"ın binasını və "Baku City Tower"-i tikdirməsi ilə tanınan CORE CONSTRUCTİON şirkətinə rəhbərlik edir. C.Həsənli əlavə edir: "Bir neçə gün əvvəlki əttökən mövzuya toxunmaq istəyirəm. "Mən ömrümün sonunadək Prezidentimizin quluyam" deyib ictimai ikrah hissi doğuran keçmiş nazir müavini İsmayıl İsmayılov əslində Kəmaləddin Heydərovun müasir politoloji dildə desək, kadrıdır. İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. O, əvvəllər "QƏBƏLƏ ATICILIQ KLUBU" MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan "GİLAN İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir. "QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb. İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər. "CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib. "AVROPA AZƏRBAYCAN MƏKTƏBİ" TƏHSİL KOMPLEKSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib. "CORE CONSTRUCTİON" (https://coreconstruction.az/az/). həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib".

A.Məmmədli

 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN