Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Azərbaycandakı biznesi azmış kimi, indi Gürcüstanda biznesi olduğu məlum olub.

Bu barədə məlumatı bloger Cavanşir Həsənli yayıb. Yayılan sənədlərdən belə çıxır ki, Həsənovlar ailəsinə məxsus “DULCE NUTRITION” MMC 2017-ci ilin oktyabr ayında Tbilisinin İsani rayonunda, Tedzami küçəsi, 5 ünvanında qanuni qeydiyyatdan keçib. Şirkətin direktoru Sənan Abdullayevdir, onun 100% payı Şamxal Həsənliyə məxsusdur. Şirkətin profili məlum deyil. Sənan Abdullayevin adı həmçinin Gürcüstanın Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçən bir sıra digər şirkətlərin təsisçilər siyahısında aşkarlanıb. Cavanşir Həsənli yazır: "...Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Gürcüstan paytaxtındakı biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub. Sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil. Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd (შ.პ.ს. "კასპიის საინსპექციო კომპანია"), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი - Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir".

Nə deyək, varlığa nə darlıq, Allah kömək eləsin!

A.Məmmədli

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN