“Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olması sayəsində humanitar vəziyyət yaxşılaşıb”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib.

“Artıq bir ildən çoxdur ki, bizim sülhməramlılarımız Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşmış, bir sıra rayonların əraziləri minalardan təmizlənmiş, sosial infrastruktur obyektləri bərpa edilmiş, tarix və mədəniyyət abidələri qorunub saxlanılmışdır”.

Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və mətanətinə görə təşəkkür edib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Qeyd edək ki, ötən il Rusiya Prezidenti Vladimir Putin Qarabağda sülhün bərpa olunması barədə fərmanı imzalayıb.

Sənəddə bildirilib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yenilənməsi ildə ən azı iki dəfə baş verəcək.

“Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent heyətini ildə ən azı iki dəfə və hərbi texnika isə texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir”,- deyə sənəddə qeyd olunub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN