Ukrayna Ali Məhkəməsi prezident Vladimir Zelenskini keçmiş prezident və deputat Pyotr Poroşenkonun Putinin xaç atası Viktor Medvedçukla əməkdaşlığı barədə söylədiyi sözlərə görə məhkəməyə çağırıb...

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Poroşenkonun vəkili İqor Qolovan facebook səhifəsində yazıb: "Ali Məhkəmə sizi Pyotr Alekseeviç Poroşenkonun Ukrayna Prezidenti Vladimir Aleksandroviç Zelenskiyə qarşı hərəkətsizliyin qanunsuz kimi tanınması və müəyyən hərəkətləri yerinə yetirmək öhdəliyi ilə bağlı inzibati işinə baxılması üzrə məhkəmə iclasında iştirak etməyə çağırır. Məhkəmə iclası 28 fevral 2022-ci il tarixdə, saat 15:00-a Moskva küçəsində yerləşən ünvanındakı məhkəmə zalında təyin edilib".

Xatıralaq ki, Poroşenko avqustun 20-də məhkəməyə iddia ərizəsi göndərərək, məhkəmədən Zelenskinin qondarma “Medvedçuk lentləri” ilə bağlı şərhlərinə görə onun hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul etməsini xahiş edib. İddiaçının fikrincə, Zelenski statusundan istifadə edərək Poroşenkonu nüfuzdan salan məlumatı ictimailəşdirib. Poroşenko iddia ərizəsində qeyd edir ki, Zelenski iyunun 24-də verdiyi müsahibədə Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarının məlumatlarına əsaslanaraq, Poroşenkonun Donbasda rus yaraqlıları ilə kömür ticarətində iştirakını açıqlayıb. Keçmiş prezident Poroşenko məhkəmədən Prezident Zelenskidən beşinci prezidentin rus silahlıları ilə kömür ticarətində iştirakı ilə bağlı əlində olan məlumatları, xüsusən də TX-nin və kəşfiyyat orqanlarından əldə etdiyi məlumatı məhkəməyə təqdim etməyə məcbur etməyi xahiş edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN