Gürcüstan parlamentinin sədri Kaxa Kuçava bu gün istefa verib.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze, partiyanın siyasi şurasının iclsından sonra keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə , sözügedən vəzifədə Kaxa Kuçavanı Şalva Papuaşvili əvəz edəcək. Kobaxidze bu gün partiyanın siyasi şurasının iclası zamanı bir sıra mühüm kadr məsələləri müzakirə olunduğunu bildirib. Qeyd edək ki, partiya sədri Kaxa Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.

Maraqlıdır ki, bu istefa gözlənilmədən baş verib, səsbi hələ də siyasi hakimiyyət tərəfindən açıqlanmayıb...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN