Rusiya Dövlət Dumasının deputatı, RLDP-nin lideri Vladimir Jirinovskinin gündəmdə qalmaq üçün çaba göstərməsi heç kəsə sirr deyil.

Bu mənada, “özünəməxsus” bəyanatları, açıqlamaları ilə bir müddət gündəmdən düşməyən Jirinovskiyə, elə layiq olduğu özünəməxsus tərzdə cavablar verildikdən sonra əsib-coşsa da, sakitləşir... Lakin bir müddət sonra onun söz atmacası yenidən davam edir. …Jirinovski bu dəfə daha irəli gedərək, bayram gecəsi Ukraynanı bombalamağı təklif edib - özü də birinci kanalın efirindən. O, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukraynaya və Qərbə qarşı hərbi əməliyyata başlamağı təklif edib: “Səhər saat dörddə- beşdə hamı sərxoş olanda, Ukraynanı bombalamaq lazımdır”.

Liberal Demokrat Partiyasının rəhbəri əlavə edib ki, hamını bombalamaq lazım deyil, bunu seçmə şəkildə etmək lazımdır… “Onlar cəzalandırılmalıdır, qorxudulmalıdır ” deyən siyasətçi  vurğulayıb ki, əgər o, Rusiya prezidenti olsaydı, belə bir hücum üçün göstəriş verərdi. 

 Qeyd edək ki, Jirinovski bu günlərdə Ukraynanın Rusiyaya birləşdirilməsini təklif edərək, Rusiya hökumətinin ABŞ-la belə bir variantı müzakirə etməyin də asan olacağını iddia edib...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN