QAZAXISTANDA VƏZİYYƏT NARAHATLIQ DOĞURAN HƏDDƏDİR...

Qazaxıstan hakimiyyəti ölkədə baş verənlərə görə Rusiyadan kömək istəməyib. Və orada baş verənlər bu ölkənin daxili işidir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.“Əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini özləri müstəqil həll edə biləcəklər. Mühüm olanı odur ki, heç kim situasiyaya kənardan müdaxilə etməsin”, - Peskov bildirib.

 

Son məlumatlara görə, Alma-Atada etirazçılar şəhər meriyasının binasının ardınca köhnə prezident iqamətgahını da tutublar, binada yanğın başlayıb. Habelə etirazçılar “Qazaxıstan” dövlət telekanalının binası qarşısına toplaşıblar və onu mühasirəyə alıblar. Telekanal əməkdaşları binanı tərk edə bilmir.

O cümlədən ölkənin əksər vilayətlərinin inzibati mərkəzlərində mitinqlər keçirilir, Alma-Atadan fərqli olaraq vilayətlərdə təhlükəsizlik qüvvələri demək olar ki, etirazlara müdaxilə etmir. Bir çox şəhərlərdə polislər xalqın tərəfinə keçib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN