Ailə münaqişələrinin sayının ölümlə nəticələnməsi yolverilməzdir, cəmiyyətimizin böyük bəlası kimi ortadadır...

Budur, acı da olsa, bir misal: Ağstafa rayonunda ərini balta ilə qətlə yetirməkdə təqsirləndirilən qadın həbs olunub. Bu barədə "Təzadlar"a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Ağstafa rayonu, Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 

Yenə də şəxsi zəmin... Nəyi bölmək istəmirlər görəsən? Doğrudanmı həyat və azadlıq o bölünməyən nədənin bir faizi belə deyil???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN