...Qazaxıstanda vəziyyət artıq rusca yox, qazaxcadır...

Qazaxıstanı bürümüş etirazlar ölkənin Təhlükəsizlik Şurasının ömürlük katibi postunu tutan və bəzi ekspertlərə görə əslində real hakimiyyəti əlində saxlayan Nursultan Nazarbayevin bu vəzifədən istefa verməsi ilə nəticələnib. Bu barədə prezident Kasım-Jomərt Tokayev xalqa müraciətində elan edib.  O bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil. Bu barədə prezident Kasım-Jomərt Tokayev xalqa müraciətində məlumat verib. O, bugündən etibarən həmin vəzifəni özü icra etdiyini bildirib.

Tokayev hazırda paytaxt Nur-Sultanda olduğunu və heç yerə getmədiyini açıqlayıb: “Nə olursa-olsun, paytaxtda olacam. Xalqın yanında olmaq mənim konstitusion borcumdur” .

Qeyd edək ki, Qazaxıstanda etirazçılar Nazarbayevi nəzərdə tutaraq "Şal, get!" ("Qoca, get!") şüarları səsləndirirdilər.

Bir az əvvəl isə hökumət istefaya getdiyini bəyan edib... Etirazçılar beynəlxalq aeroportu da ələ keçirib, radio və televiziyaların yayımı dayandırılıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN