Qazaxıstandabaş verənlər ağlagəlməz, yuxuda görünməz məsələdir...  Bu boyda dayanaqlı ölkə xaosa sürükləndi... Az əvvəl yazmışdım, ölkədə vəziyyət qazaxca yox, artıq ruscadır... Bunu rəsmi Moskvanın "Qazaxıstanda baş verənlər ölkənin daxili işidir" açıqlamasından da görmək mümkündür. Halbuki Rusiya MDB üzvü olan Ermənistanla münasibətdə elə demirdi. Deyirdi ki, müharibə Azərbaycan ərazisində gedir, müharibə sərhədi keçsə, KTŞ-nin (Kollektiv Təhlükəsizlik Şurası) üzvü olan Ermənistanın yanındayıq. Lavrovun qırımını yəqinki unutmamışıq... Amma həmin KTŞ-nin üzvü olan Qazaxıstana yardım etmirlər, əl uzatmadılar. Gəmini batırırlar, tərsanənin rəhbəri deyir ki, bu gəminin daxili işidir! Gülməlidir...
Bəs Qazaxıstanda nə baş verir?
Şəxsi qənaətim budur ki, Türk Şurasının birgə konfransının baş tutması indi Qazaxıstanda baş verənlərin mahiyyətidir ki var! Hələ o vaxt yazmışdım ki, Türk Şurası ciddi məsələdir, MDB arzulu Rusiyanın çətin ki boğazından keçsin! Elə Avropa Birliyini, Avropa Şurasını yaradıb, hələ də əl-ayağını bir yerə yığa bilməyən hegemon dövlətlərin də...
Bəli, Rusiya istəyərmi ki, Türkiyənin ətrafında 70 il SSRİ, əslində, Moskva adlı siyasi mərkəzin yanında olmuş, indi MDB adlı bir çürük qurumun üzvü olan türkdilli respublikalar Ərdoğanın, İlham Əliyevin... yanında olsun? İstəyər? İstəməz...
 Artıq bu barədə müstəqil ekspertlər, siyasətçilər də dilə gəlib yazır, danışırlar. Tanınmış araşdırmaçı jurnalist Araz Qurbanovun fb səhifəsində paylaşdığı bir statusu da maraqlıdır: "SSRI-nin bərpası" adı altında imperiyanı reanimasiya etmək xülyasına düşən və açıq çağırışlar edən psixopatların bu istiqamətdə pozuculuq fəaliyyətinin məhz Qazaxıstanda başlanması və bunun həm də türk dövlətləri birliyinə qarşı yönəldilməsi səbəbsiz deyildi. On ilə yaxındır ki, Mərkəzi Asiyada buna geniş hazırlıq işləri görülürdü. Son aylar isə daha radikal xarakter almağa başlamışdır. İlk olaraq bu regionda olan dövlətlər arasında "dostluq", "əməkdaşlıq" anlayışları "Müstəqil Dövlətlər Birliyi" kimi tamamilə formal xarakter daşımaqdadır. Onların arasında qarşılıqlı ərazi iddiaları, separatizm meylləri, sərhəd toqquşmaları bu gün adi haldır və üzv olduqları təşkilatlar vəziyyətin normallaşdırılması üçün heç bir iş görmürlər. Bu baxımdan, müstəqil siyasət yürüdən Qazaxıstanın Nazarbayev kursuna qarşı ssenarinin reallaşdırılması bütövlükdə regionda vəziyyəti gərginləşdirmək səylərindən xəbər verir. Ssenarinin ikinci mərhələsində ölkənin şimal bölgələrində separatizm fəaliyyətinin güçlənməsi, Ukrayna hadisələrinin burada da təkrarlana bilməsi istisna olunmur".
Bəli, bölgədə, daha doğrusu, MDB ətrafında maraqlı, həm də çox düşündürücü hadisələr baş verir... Türk Şurasının əsas təşəbbüskarlarından olan Türkiyə mətbuatında da maraqlı müzakirələr gedir... Bu müzakirələrdə isə Qazaxıstandakı dinclik araqarışdıranların əlundə yox olub gedir...
Asif Mərzili 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN