Nəhayət, Türk Dövlətləri Təşkilatına üzv ölkələr həmrəylik nümayiş etdiriblər...

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. CNN-Türk xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - bəyanatda bildirilib.

Xatırladırıq ki, artıq dünəndən Rusiya sülhməramlıları vəziyyəti nəzarətə götürüb... Bu addım Qazaxıstan prezidentinin müraciəti əsasında baş tutub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN