Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırda

paytaxt Nur-Sultandadır.

Bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay tvitter səhifəsində xəbər verib.

"“Elbaşı Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Bilərəkdən yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik”.

Mətbuat katibi, həmçinin Nazarbayevin bir sıra məşvərət görüşləri keçirdiyini və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə təmasda olduğunu, Qazaxıstana dost olan bir sıra dövlətlərin başçıları ilə telefon əlaqəsi saxladığını da qeyd edib..

O, həmçinin keçmiş prezidentin ölkənin bütövlüyünü qorumaq üçün, hər kəsi Tokayevin ətrafında birləşməyə çağırdığını da bildirib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etdiyi barədə KİV-də məlumat yayılıb. Orda.kz-ın məlumatına görə, Nazarbayev qızı ilə birlikdə Qazaxıstanı tərk edib və ölkədə yalnız böyük qardaşı Bolat Nazarbayev qalıb.

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN