Avropa Parlamentinin sədri David Sassoli vəfat edib.

"Ria Novosti"nin xəbərinə görə, Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Sassolinin mətbuat katibi bildirib ki, o, İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. Ötən həftə koronavirus şübhəsi ilə Strasburqda xəstəxanaya yerləşdirilən siyasətçinin testinin nəticəsi mənfi olmuşdu.
Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN