Rusiyalı sülhməramlıların Qazaxıstandan çıxma tarixi açıqlandı...

Belə ki, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”. Pravdainfo.org "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. O, bildirib ki, Qazaxıstana güclü hücum planı olub: “Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir”.
Qazaxıstan Prezidenti həmçinin, ölkədəki böhranın səbəbini açıqlayıb: “Qazaxıstandakı hadisələrin baş verməsinə səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu. Bunu etiraf etmək lazımdır”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Qaldı Rusiyalı sülhməramlıların Qarabağdan çıxarılması...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN