"NATO Gürcüstanla bağlı yenidən baxan deyil".

Gürcüstan KİV-nin məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaniani NATO baş katibinin müavini Mirça Cona ilə telefon danışığından sonra bildirib.

Qeyd olunur ki, telefon danışğı zamanı NATO baş katibinin müavini alyansın Gürcüstanla bağlı prinsiplərinə sadiq olduğunu bir daha qeyd edib.

"Mən bu gün NATO baş katibinin müavinindən bir daha alyansın Gürcüstanla bağlı prinsiplərindən geri çəkilməyəcəyi barəsində əmin bir mövqenin şahidi oldum. Gürcüstanla bağlı məsələ yüksək səviyyəli görüşlərdə səsləndirilir. Həmçinin, ABŞ dövlət katibi Gürcüstanı təhlükəsizlik məsələsini bir neçə dəfə ümumi qlobal konteksdə dilə gətirib. Bu onu göstərir ki, tərəfdaşlarımızın Gürcüstanla əməkdaşlığı və bizim məsələlərimizin Rusiya ilə münasibətlərdə gündəmə gətirmək önəmli prioritet olaraq qalmaqdadır", - deyə XİN rəhbəri Davit Zalkaniani əlavə edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN