Ermənistanın təxribatları ara vermir...

Odur ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib. "Təzadlar" Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, nazirlik ciddi tədbirlər görməkdədir: "Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur", - nazirlikdən bildirilib. Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib... Görünür, düşmən "dəmir yumruq" yemək istəyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN