«Təzadlar»ın elektron poçtuna AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktoru, professor Əlövsət Quliyevlə bağlı qalmaqallı yazı daxil olub.

Fəxrəddin Ağazadənin imzası ilə daxil olmuş və AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevə müraciətli həmin yazını kiçik ixtisarla təqdim edirik:

AMEA-nın Prezidenti, Akademik Ramiz Mehdiyevə!

Çox hörmətli Ramiz müəllim!

 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş verənlərlə bağlı Sizi narahat etməli olduq. Bildiyiniz kimi, Professor Əlövsət Quliyev 2015-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor təyin olundu və həmin vaxtdan o, əməkdaşlar arasında ziddiyyətlər yaratmaqla bərabər, işçiləri bir-birinə qarşi qoydu. Hətta elmi işlərlə məşğul olan alimləri yaradıcılıq işlərindən də məhrum etdi. Bir sözlə, Azərbaycan elmini keçmis SSRİ və dünyada ləyaqətlə təmsil edən akademiklər- H.Əliyev, V.Volobuyev, M.Salayev, R.Hüseyinov, K.Ələkbərov, B.Həsənov, R.Məmmədov,  Z.Mövsümov, P.Zamanov, M.Babayev, Q.Məmmədov kimi alimlərin çalışdığı  bu elm məbədi bu gün problemlər  yuvasına çevrilmişdir. Direktor daim bildirir ki, işçilər sakit qalsalar çox şeylər haqda düşünərlər, odur ki, onların başlarını müəyyən konfliktlərlə qatmaq lazımdır. Professor Əlövsət Quliyev haqqında qısa məlumat verək: O, “AMEA-nın simaları” kitabında anadan olduğu tarixi saxtalaşdıraraq 1947-ci il əvəzinə 1952-ci il göstərmişdir. Səbəbi olduqca aydındır. Yəni, o, AMEA-nin rəsmi saytının kadr hazırlığı hissəsində iki elmlər doktoru və beş fəlsəfə doktoru hazırladığını qeyd edib. Həqiqətdə isə onların heç biri yoxdur, bununla da Əlövsət Quliyev geniş ictimaiyyəti və bütövlükdə cəmiyyəti aldatmışdır. Nədənsə, AMEA-nın rəhbərləri onu öz aralarında “kənkan”  (quyu qazan) adlandırmaqlarına baxmayaraq, hələ də onun belə əməllərinə göz yummaqda davam edirlər. Xüsusiilə, bu söhbət onun elmi rəhbəri olmuş və 20 ildən artıq zaman kəsiyində onun yoluna “yaşıl işıq” salan akad. Q.Məmmədova dərin bir quyu qazaraq vəzifəsinə yiyələndikdən sonra daha da geniş ictimai rəy almışdır.

 Direktorun “elm kitabında” kəhrizlərdən başqa və dərin bir anlayış yoxdur, hansı ki, bu kəhrizlər min illər bundan qabaq qazılmış və demək olar ki, çox yerlərdə də istifadəsi başa çatmışdır. Ə.Quliyevin AMEA-nın müxbir üzvlüyünə hansı vəzifə sahiblərinin proteksiyası ilə seçildiyini onu tanıyan hər kəs yaxşı bilir. Yalnız kəhrizlərlə məşğul olan bu alim (əgər məşğul olubsa) institutda aqrokimya, ekologiya, torpaqşünasıq və s. kimi sahələrdən tam məlumatlı olduğunu hər kəsə göstərmək istəsə də, həmişə gülünc vəziyyətə düşmüş və naşı olduğu hər kəsə bəyan olmuşdur. İnstitutda keçirdiyi bütün iclaslarda ozü açılış edir, özü də bağlayır. Yalnız onu dəstəkləyən bir qrup adamlara söz verir və onlar da onu dəstəkləyirlər. Mübahisə olanda isə “Mənim arxamda ölkə başçısı, akademik Ramiz Mehdiyev, akademik İradə xanım və digər şəxslər dayanıblar. Odur ki, siz mənə heç bir şey edə bilmərsiniz” deyir. Dəfələrlə alimlər professor Əlövsət Quliyevdən şikayət etsələr də, o, hər dəfə özünə havadar tapmış və yoxlamalardan rahat çıxmışdır. Hərdən fikirləşirsən ki, həqiqətənmi bu şəxsin arxasında akademiyanın rəhbərləri dururlar? Odur ki, bu məsələ hələ də əksəriyyət üçün açılmamış məsələ kimi qalmaqdadır. Həqiqətən də Əlövsət Quliyev heç nədən ehtiyat etmir, bir kimsədən çəkinmir. Yəni, o, direktoru olduğu institutda kimlərə istəsə uzun müddətli ezamiyyətlər verir, kimlərə istəməsə, ümumiyyətlə, ezamiyyət vermir. Soruşanda da “Buranın sahibi mənəm, necə istəyirəm elə də edəcəyəm. Əgər tələblər edərsinizsə, hamınızı cəzalandıracağam” deyir. Həqiqətən də o, kimsəsizlərin bir neçəsini cəzalandıra bilib. Məsələn, 2020-ci ildə pademiyanın hökm sürdüyü vaxtda, yəni oktyabr və noyabr aylarında ekspedisiya yaradaraq, hər birində 12 nəfər olmaqla 55 günlük bir qrup, 45 günlük olmaqla isə ikinci qrup yaratdı və hətta onlara ezamiyyətlər də verdi. Qrupun üzvlərinin çox hissəsi qadınlar, gənc xanımlar və hətta AAK-nin ekspert şurasının üzvü olan da var idi. (Gulalıyev Çingiz –AAK-da ekspert şurasının üzvü, Əliyeva Aygün, Nəsirov Elnur, Heydərova Rəna, Zamanova Azadə, Məmmədov Mürsəl, Həkimova Nərgiz, Baayeva Leyla, Paşayev Rəhim, Hüseynova Soltan- elmi katib, Köçərli Səməndər,Tağıyeva Səbirə, Qurbanov Vladimir, Səmədova Ofelya, Əhmədova Solmaz və s. Yəqin ki, belə adları daha çox sayda davam etdirə bilərik. Bunların verdikləri pulların hamısı Əlövsət Quliyevə çatıb). Pandemiya dövründə qanunsuzluğa yol verməklə, təxminən 40 min manat pul vəsaitinin ekspedisiya adı altında istifadə edilməsi, yəni mənimsənilməsi qəbuledilməzdir. Həmçinin, həmin vaxtlarda Vətən müharibəsi başlamışdı və hər kəs hər gün cənab Prezidentin verdiyi xəbərləri səbirsizliklə gözləyirdi.

 

 «Əlövsət Quliyev üçün pul qazanmaq, yəni rəhbərlik etdiyi institutun büdcəsini dağıdmaq o qədər də çətin iş deyil…»

 Əlövsət Quliyev pulları mənimsəmək məqsədilə, bu ilin sonlarında da yeni ekspedisiya düzüb-qoşdu. Bu dəfə daha fəallıq göstərdi və təxminən 50 nəfərdən ibarət bir qrup yaratdı. Onları bir ay müddətinə ezamiyyətə göndərdi. Bu şəxsin təşəbbüsü ilə və əksəriyyəti özününkü hesab olunanlar ekspedisiyaya cəlb olundular. Bununla da o, öz işini görüb başa çatdıra bildi. Ekspedisiya üzvlərinin əksəriyyəti 60-80 yaş həddində olanlardır ki, onların da əksəriyyəti qadınlardan ibarətdir. Yəni, bu tərkibə- Tamilla Qəhrəmanova-84 yaş, Əminə Axundova-82 yaş, Nadir Nadirov-70 yaş,  Kəmalə Nuriyeva -63 yaş, Yasin Rüstəmov- 66 yaş, Əli Cəfərov-60 yaş, Vüqar Cəfərov-50 yaş, Çimnaz Baxşıyeva-55 yaş və s. daxil olublar.
 Əlövsət Quliyev üçün pul qazanmaq, yəni rəhbərlik etdiyi institutun büdcəsini dağıdmaq o qədər də çətin iş deyil. O, Bakıdan kənarda yerləşən, yəni Xızı rayonunda institutun təcrübə məntəqəsi kimi ayrılmış yerə istədiyi vaxt işçi qəbul edir və az müddətdən sonra onları işindən azad edir. Həmin şəxslərin əksəriyyəti, təxminən 10 nəfəri bu şəxsin yaxın qohumlardır.

 Belə əcaib işlər Şamaxı rayonunda instituta məxsus təsrübə sahəsində də tez-tez baş verir. Ən əsası, işçilərdən pul almaqla yanaşı, çoxlarının əmək kartları Əlövsət Quliyevin özündə olur. Artıq bu kimi hallar adi hallara çevrilmişdir. O, hər il öz adamlarına tez-tez daxili ezamiyyətlər verir və pulları da onlardan alır. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ilin dekabr ayında da özününkülərə küllü miqdarda ezamiyyətlər vermiş və pulları mənimsəmişdir. Bu şəxs istər daxili, istərsə də xarici ezamiyyətləri özü bildiyi formada düzüb-qoşur. Deyəsən bu məsələdə ona bu maliyyə dolaşıqlığına görə uzun müddət həbsdə olmuş Ərşad adlı köməkçisi yaxından yardım göstərir. Şaiyələrə görə Ə.Quliyev Ərşadı bu qabiliyyətinə görə Zoologiya İnsitutundan öz yanına gətirmışdır. Göründüyü kimi, Əlövsət Quliyev heç nədən qorxmur və istədiyi kimi hərəkət edir… Əlövsət Quliyev 70-yaşında vəzifə sahibi olmaq üçün YAP-a qəbul oldu ki, əməllərini gizlədə bilsin, ona toxunulmasın. O, bilməlidir ki, üzvü olduğu iqtidar partiyasıdır və bu partiyaya xəyanət etmək olmaz.

Pulları silmək üçün ona ilin isti və ya soyuq günlərində ezamiyyətə getmək heç də fərq etmir. O, hər zaman dövlətin pullarını mənimsəməkdə maraqlıır və bunu da qorxmadan həyata keçirir. Əgər 50 nəfərin hər birinin 30 gün üçün 900 manat pul vəsaiti almalarını nəzərə alsaq, təxminən 45 min manat pul vəsaitinin mənimsənildiyi aydın olur. Son günlərdə, yəni deyilənlərə görə, dekabr ayında 21 nəfərin hər birinə 5 gün daxili ezamiyyət vermiş və buna görə təxminən 7000 manat pul vəsaiti  mənimsənilmişdir.

 «Əlövsət Quliyev 2020-ci ilə qədər etdiyi qanun pozuntularına, ələlxüsus, maliyyə mənimsəmələrinə görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə işdən azad olunmuşduk…»

 Maralı odur ki, İnstitutdan ezmiyyətə gedib- gələnlərin heç biri heç vaxt nə öz şöbələrində, nə də elmi şurada gördükləri iş haqqında hesabat vermirlər. Bu işlərdə ona ən çox kadrlar şöbəsinin müdiri köməklik göstərir. Əlövsət Quliyevin qardaşı hüquqşünas kimi işə götürülmüş və o, lazım olan pozuntuları ört-basdır etməyin yollarını göstərir. Özünün dediyinə görə, instituta daxil olan 22 min manat pulların hara xərclənməsi haqda heç kimə hesabat verməyib. Görünür həmin pullar artıq yoxa çıxıb. İnstitutda belə bir söz-söhbətlər dolaşır ki, ya bu pulları Əlövsət Quliyevin özü mənimsəyir (çox güman ki, belədir), ya da ki, o, həmin pulları AMEA- nın rəhbərlərinə çatdırır. Sonuncu variant hardasa inandırcı deyil, yəqin ki, birinci variant daha inandırıcıdır.

 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu direktorunun ikinci hədəfi gənclərdir. Hansı gənclər elmə sevinərək gəlirlərsə, o, onların bu yöndə istəklərini məhv edir. Müxtəlif variantlar axtararaq onlara zərbələr endirir, ona görə də gənclərdən bəziləri bu institutdan gedirlər, yeni gəlmək istəyənlər isə fikirlərindən dönürlər. Bu gün respublikamızda cənab Prezident gənclərə böyük dəstək verir, o, əksinə gəncləri ruhdan salır, onlara mənəvi dəstək vermir. 300 nəfərlik bir kollektiv olan bu institut, özünün elmi potensialı ilə digər institutlardan fərqləndiyi halda, Əlövsət Quliyevin süni yaratdığı konfliktlər normal iş şəraitini məhv etmişdir. Çox vaxt o, direktor olduğunu unudur və iclasda alimləri təhqir edir. Bu kimi səbəblər üzündəndir ki, əməkdaşların çoxu əsəb xəstəliyinə düçar olmuşlar və hal-hazırda institutdan getmək qərarına gəlmişlər. Alimlərin çoxu özlərini təhqir olunmuş kimi hesab edirlər.

 ***

…Əlövsət Quliyev 2020-ci ilə qədər etdiyi qanun pozuntularına, ələlxüsus, maliyyə mənimsəmələrinə görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə işdən azad olunmuşdu. O, böyük fərasətlə bir sadəlöv həkimi aldadaraq və özü üçün saxta xəstəlik vərəqəsi əldə etdikdən sonra məhkəməyə müraciət edib, təkrar işinə bərpa olundu. O, bundan sonra daha da qəddarlaşdı və arxa-dayağı olmayan əməkdaşları qorxudaraq, hətta hər gün yoxlama apararaq onları cəzalandırmaqda davam edir. Əlövsət Quliyev harda çalışırsa, məhz orada belə qanunsuz hərəkətləri ilə sayılıb-seçilir. O, Naxçıvan Dövlət Universitetində çalışdığı vaxtlarda tələbələrdən rüşvət aldığı üçün çox hörmətli akademik İsa Həbibbəyli dəfələrlə onu işdən qovmaq qərarına gəlmişdi. Hətta deyilənə görə, həmin dövrdə o, qəbul imtahanları zamanı əl atdığı qanunsuzluğa görə cinayət məhsuliyyətinə cəlb olunubmuş.

Əlövsət Quliyev işlərini daha da nizamlamaq  üçün Yasin Rüstəmov adında bir nəfəri özünə müavin təyin etmişdir. (Bu şəxs pis əməllərinə görə vaxtilə Naxşıvandan deportasiya olunmuşdur). O, nə torpaqşünasdır, nə də ki, aqrokimya ixtisası üzrə mütəxəssisdir. O halda sual oluna bilər ki, torpaqşünaslıq və aqrokimya kimi aparıcı sahələrdə elementar savadı olmayan bir adam istitutun elmi işlərinə hansı mənəvi haqla rəhbərlik edə bilər?

Elmi Şura iclaslarında Rüstəmov da hər kəsin sözünü kəsir, yeri gəldikdə qışqırır, özünəməxsus tərzdə hərəkətlər edir, qadınlarla kobud davranır. Bu yaxınlarda onun akad. Q.Məmmədovun həyat yoldaşı, elmlər doktoru Sara Məmmədovaya qarşı etdiyi təhqir və alçaldıcı münasibət ziyallılıq kodeksinə əksiklik gətirən idi. Ən əsası odur ki, onun hansı şəxsdən xoşu gəlmirsə, həmin şəxsi şantaj etmək üçün mobil telefonlara çəkir, səslərini yazdırır və sosial şəbəkədə onların ünvanına  saxta profillərlə təhqir dolusu söyüşlər göndərir. Bəlkə də onu bu qabiliyyətinə görə kollektiv arasında “kibernetik” adlandırırlar. Əslində isə onun hansı peşə sahibi olduğu heç kimə məlum deyildir.

Alimləri daim bir məsələ düşündürür ki, 50 ildən çox müddət ərzində elmi-təşkilati fəaliyyətlə məşğul olan akademik Ramiz Mehdiyev və bioloqiya və tibb bölməsinin sədri akademik İradə Hüseynova bu şəxslərin özbaşınalıq hərəkətlərinin qarşısını niyə almırlar? İnstitun əməkdaşları arasında söz-söhbətlər dolaşır ki, görəsən, bunların əməllərinə nə vaxt aydınlıq gətiriləcək? Yəqin ki, Əlövsət Quliyevin sosial şəbəkələrdə «Ramiz Mehdiyevi məhkəmədə uddum, Ramiz Mehdiyev məhkəmədə uduzdu, seçkilərdə uduzdu» və s. kimi çıxışları, məhz bunları həmin şəxslərlə ehtiyatlı rəftar etməyə vadar edir? Heç cür inandırıcı hal deyil ki, Ramiz Mehdiyev kimi nəhəng bir dövlət xadimi  belə bir direktorun öhdəsindən gələ bilməsin. Biz bu həqiqətə inanırıq ki, akademik Ramiz Mehdiyev bu institutda hökm sürən özbaşınalığa, dövlət vəsaitlərinin mənimsənilməsinə, əməkdaşların heç bir əsas olmadan incidilməsinə yol verməyəcək. O, yaxın vaxtlarda günahkarların cəzalandırılmasına nail olacaq və bununla da hər bir əməkdaşın normal iş rejimində fəaliyyət göstərmələri üçün lazımi imkanlar yaradacaq… Yalnız kəhrizlərlə məşğul olan “kənkan” alim (əgər məşğul olubsa) institutda aqrokimya, ekologiya, torpaqşünasıq və s. kimi sahələrdən tam məlumatlı olduğunu hər kəsə göstərmək istəsə də, həmişə gülünc vəziyyətə düşmüşdür. Dəfələrlə alimlər professor Əlövsət Quliyevdən şikayət etsələr də, o, hər dəfə özünə havadar tapmış və yoxlamalardan rahat çıxmışdır. Hərdən fikirləşirsən ki, həqiqətənmi bu şəxsin arxasında akademiyanın rəhbərləri durur? Odur ki, bu məsələ hələ də əksəriyyət üçün açılmamış məsələ kimi qalmaqdadır. Həqiqətən də Əlövsət Quliyev heç nədən ehtiyat etmir, bir kimsədən çəkinmir. Yəni, o, direktoru olduğu institutda kimlərə istəsə uzun müddətli ezamiyyətlər verir, kimlərə istəməsə, ümumiyyətlə ezamiyyət vermir. Soruşanda da “Buranın sahibi mənəm, necə istəyirəm elə də edəcəyəm. Əgər tələblər edərsinizsə, hamınızı cəzalandıracağam” deyir. Həqiqətən də o, kimsəsizlərin bir neçəsini cəzalandırmağa nail olub…

Redaksiyadan: məsələyə aydınlıq gətirilməsi üçün direktor Əlövsət Quliyevin mobil nömrəsinə zəng vursaq da, cavab vermədi. Onun da mövqeyini dinləməyə hazırıq… Həmçinin qeyd olunan bu faktlara AMEA-nın prezidenti akademik R.Mehdiyevin və Rəyasət Heyətin üzvlərinin də münasibətini bilmək istərdik… Əlavə məlumat veriləcək…

«Təzadlar»ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN