AMEA-nın başı nədənsə, həmişə qalmaqallı olub...

İndi də Tarix İnstitutunun direktoru Kərim Şükürov bəyanat verərək istefa verməli oldu. O, “Bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, yanvarın 21-də tutduğum vəzifədən istefa verəcəyəm”, -deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq yaydığı açıqlamada belə deyib. K. Şükürov həm də AMEA prezidenti Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa haqqında ərizəni sabah təqdim edəcəyini deyib.

Bəs Ramiz Mehdiyev Tarix İnstitutu haqqında nə deyib? Və niyə deyib??? Bax məsələnin, daha doğrusu, qalmaqalın mahiyyətində bu dayanır... 

*** 

Xatırladırıq ki, yanvarın 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.  "Təzadlar" AMEA-nın rəsmi saytına istinadla bildirir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti şəxslər iştirak ediblər. İclasda əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "...Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə açaraq bir sıra məsələlərə toxunub, o cümlədən Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib. “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir və müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib".

Bax belə...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN