Rusiya XİN rəhbəri Lavrov bu gün maraqlı açıqlaması ilə gündəmə gəldi...

Belə ki, “Rusiya tərəfi Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”, -deyən Sergey Lavrov qeyd edib ki, Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası məsələsində maraqlıdır. O, bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib. Bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.

Gürcüstanın siyasi rəhbərliyinə qarşı təhdid xarakterli bu çıxışa hələki qarşı tərəfdən hər hansı cavab yoxdur... Hansı ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb, problem hər il daha da kəskinləşir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN