...Şuşa 44 günlük Zəfər müharibəmizdən sonra bir daha Azərbaycanın simvollarından birinə çevrildi...

Ona görə də ermənilər hər yerdə Şuşanın adını görəndə havalanırlar. Bu təbiidir. Lakin bizim öndə gedənlərimiz də çalışmalıdırlar ki, bu ad hər yerdə ucalıqda dayansın...
***
Təəssüf ki, bəzən belə olmur, Şuşa fatehləri kimi sonadək dirəniş göstərilmir. Məsələn, bu günlərdə Rusiyada bir Beynəlxalq festivalda ermənilər Şuşanın adını dəyişdirib, “Buta” etdiriblər. “Bizə təklif etdilər ki, komandanın adı olan “Şuşa”nı dəyişək”, -deyən Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov qeyd edib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi: "Nəticədə komandanın adı dəyişdirilərək “Buta” ilə əvəzləndi...".
***
...Müşfiq Abbasovun bu hərəkəti sosial mediada sərt şəkildə qınanmaqdadır. Haqlı olaraq bildirilir ki, 30 ildir ermənilərin işğal altında qalmış, nəhayət, 2020-ci ildə igid hərbçilərimizin qanı bahasına azad edilmiş, ermənilərə göz dağı olan Şuşanın şərəfini festifalda da qorumaq lazım idi. 
Məsələnin maraqlı tərəfi isə budur ki, festivalda Şuşanın adı dəyişdirilərkən Mədəniyyət Nazirliyindəki səlahiyyətlilərlə məsləhətləşmələr olubmu? Nazirliyin mövqeyi necə olub? Yaxud, əksinə, bəlkə nazirliyin xəbəri olmayıb... Bütün hallarda Şuşa adı festifalda qazanılacaq hansısa bir mükafatdan, diplomdan və s. milyon qat üstündür, ucalıqdadır. Bu adı Azərbaycan bayrağı kimi həmişə ucalıqda da saxlamalıyıq...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN